Fәxrәddin Altun: ‘‘İdlibdә yaşananları qәbul edә bilmәrik’’

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun bildirib ki, Suriyanın İdlib şәhәrindә yaşanan hәdisәni qәbul etmәk mümkün deyil.

1355602

Harmoon Müasir Araşdırmalar Mərkəzi, Suriya TV və Yaxın Şərq Araşdırmalar Mərkəzinin  (ORSAM) ev sahibliyi ilə təşkil edilən "Daha yaxşı bir gələcək üçün ortaq baxış " adlı  I Türkiyə-Suriya Media Görüşü İstanbulda öz işinә başlayıb.

Forumda açılış nitqi ilә çıxış edәn Fәxrәddin Altun İdlibdә rejim qüvvәlәrinin Türk hәrbçilәrinә etdiyi hücuma bu sözlәrlә reaksiya göstәrib: ‘‘Bu vәtәnin övladlarını şәhid edәn qatillәrә lazımi cavab verilәcәk’’.

Fәxrәddin Altun Bәşәr Әsәd rejiminin Suriyanın gәlәcәyindә yerinin olmadığını söylәyib.

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri İdlibdә üç milyondan çox çarәsiz insanın olduğu ilә әlaqәdar  Avropaya xәbәrdarlıq edib.

‘‘Hücumların qarşısı alınmasa daha böyük köç dalqaşı ilә qarşılaşa bilәrik.Bu köç dalğası Avropanın paytaxtlarınadәk gedib çatacaq’’,-deyә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun qeyd edib.

Әlaqәli Xәbәrlәr