"Çindən gətirilən Türkiyə vətəndaşlarında koronavirus çıxmadı", F.Koca

Çinin Vuhan şəhərindən gətirilən, 32-si Türkiyə vətəndaşı olmaqla, 42 nəfər artıq Türkiyədədir.

1351464
"Çindən gətirilən Türkiyə vətəndaşlarında koronavirus çıxmadı", F.Koca
cin tahliye Turk yolcular1.jpg
cin tahliye Turk yolcular2.jpg
fahrettin koca.jpg

 

  Türkiyə Silahlı Qüvvələrinə aid təcili yardım təyyarəsi 33 saatlıq səfərdən sonra fevralın 1-də Türkiyə saatı ilə axşam saat 21.00-da paytaxt Ankaradakı Etimesqut hərbi aerodromuna enib.

  Təyyarəni qarşılayan səhiyyə naziri Fahrettin Koca sözügedən mövzu ilə bağlı bildirib: “Ailələri ilə birlikdə 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı olmaqla 42 nəfər Çindən sağ-sağlam gətirilib. Aldığım məlumata görə, bu 42 adamın heç birində koronavirus şübhəsi yoxdur. Səfər müddəti boyu maska və xüsusi paltarlar da daxil olmaqla lazımi tədbirlər görülüb. Onları gətirən personal da yaxşıdır. Amma hər bir ehtimala qarşı gələnlər Zekai Tahir Burak Xəstəxanasına göndərildi, hər bir ayrı-ayrı otaqda 14 gün boyu müşahidə altında tutulur. Su, yemək və bütün xidmətlər təkistifadəlik əşyalarla verilir və zibillər tibbi tullantı olaraq xüsusi paketlərə atılır. 42 adamı gətirən hərbi təyyarədəki 20 personal da təcili yardım xəstəxanalarına göndərilib. Yolçuları gətirən təcili yardım təyyarəsinin özü də yoxlanılmaq üçün meydanın nisbətən uzaq səmtinə çəkilib. Təyyarə Hava Qüvvələri Komandanlığına bağlı kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) mütəxəssisləri tərəfindən təmizləmə əməliyyatı görülür.”



Әlaqәli Xәbәrlәr