Azərbaycan Türkiyəyə təşəkkür etdi

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1351477
Azərbaycan Türkiyəyə təşəkkür etdi

 

   Azərbaycan Çindən çıxarılan vətəndaşları üçün Türkiyəyə təşəkkür etdi.

  Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, koronavirus epidemiyası ilə əlaqədar Çindən Türkiyə vətəndaşları ilə birlikdə azərbaycanlılar da Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə ilə çıxarıldığı üçün Azərbaycan hökuməti Türkiyəyə təşəkkür edərək bildirib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iradələri və iki ölkə arasındakı qardaşlıq ruhuna uyğun olaraq Çinin Vuhan şəhərindən Azərbaycan vətəndaşları da çıxarıldığı üçün qardaş Türkiyəyə təşəkkürlərimizi çatdırırıq. Bu da Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın ən açıq nümunələrindən biridir."

  Qeyd edək ki, Çindən Türkiyəyə gətirilən altı Azərbaycan vətəndaşı 2 həftə Türkiyədə karantin altında saxlanılacaq, sonra vətənə qayıdacaqlar.



Әlaqәli Xәbәrlәr