Türkiyә Monqolustana sәyahәt edәcәk vәtәndaşlarına xәbәrdarlıq edib

Türkiyә yeni növ koronavirus (2019-nVoC) sәbәbindәn Monqolustana sәyahәt edәcәk vәtәndaşlarına xәbәrdarlıq edib.

1351200
Türkiyә Monqolustana sәyahәt edәcәk vәtәndaşlarına xәbәrdarlıq edib

 

Türkiyә yeni növ koronavirus (2019-nVoC) sәbәbindәn Monqolustana sәyahәt edәcәk vәtәndaşlarına xәbәrdarlıq edib.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilib ki,  Monqolustanda mart ayının ikisinәdәk bütün mәktәblәr vә universitetlәrin fәaliyyәti dayandırılıb. Mәlumatda hәmçinin Ulan-Batordakı teatr, kinoteatr, internet kafe vә tәhsil mәrkәzlәrinin dә  bağlı olacağı qeyd olunub.

Ulan-Bator vә digәr şәhәrlәrdәki hava çirklәnmәsinin virusların vә xәstәliklәrin yayılmasını asanlaşdırdığı vurğulanıb.

Nazirlikdәn verilәn bәyanatda deyilir: ‘‘Monqolustana sәyahәt edәcәk vәtәndaşlarımız edilәn xәbәrdarlıqlara diqqәt yetirsinlәr’’.

Bәyanatda hәmçinin bildirilib ki, bu ölkәdә olan vәtәndaşlarımız  tәcili hallarda Türkiyәnin Ulan-Batordakı sәfirliyinә (+976 9468 14 01) zәng edә bilәrlәr.



Әlaqәli Xәbәrlәr