Çavuşoğlu Bolqarıstanın Türkiyə ilə  əlaqəli mövqeyini yüksək qiymətlməndirib

Bolqarıstan Avropa İttifaqı tərkibində müsbət rol öhdəsinə götürüb. Bu ölkənin xüsusilə Türkiyəyə istiqamətli mövqeyini yüksək qiymətləndiririk. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

1351045
Çavuşoğlu Bolqarıstanın Türkiyə ilə  əlaqəli mövqeyini yüksək qiymətlməndirib

Xarici işlər naziri Çavuşoğlu səfərdə olduğu Bolqarıstanın paytaxtı Sofiyada həmkarı Ekaterina Zaharieva ilə görüş keçirdikdən sonra təşkil edilən birgə mətbuat konfransında iki ölkə arasındakı münasibətlərə diqqət çəkib. O: “Türkiyə ilə Bolqarıstan arasında qarşılıqlı ticarət həcmində artım qeydə alınıb. Bu artımın balanslı olması sevindiricidir. İkitərəfli ticarət həcminin 10 milyard dollar hədəfinə çatdırılması uğrunda lazımlı addımları atmaqda qərarlıyıq. Türk şirkətlərinin Bolqarıstandakı investisiyalarını artırmalarını yüksək qiymətləndiririk. Bunun Bolqarıstana olan güvən və Bolqar rəhbərliyinin dəstəyindən asılı olduğunun idrakındayıq. İki ölkə arasında viza rejiminin asanlaşdırılması halında daha çox Türkiyə vətəndaşının Bolqarıstana səyahət edəcəyinə inanıram. İki ölkə arasında enerji sahəsində edilən əməkdaşlıq davam edəcək”- deyə vurğulayıb.

Çavuşoğlu, ötən gün Avropa Parlamentinin Baş Assambleyasında Türkiyə bayrağını çıran irqçi millət vəkilinə qarşı sanksiya tətbiq edilməsini zənərdə proses başladıldığını, mələsəni yaxından izləyəcəklərini bildirib.

Çinin Wuhan bölgəsində qeydə alınan yeni növ koronavirus (2019-nCoV) epidemiyası səbəbiylə bu ölkədəki Türkiyə vətəndaşların təxliyəsi mövzusuna da toxunan Çavuşoğlu: “Wuhan şəhərində 34 vətəndaşımızın olduğunu müəyyən etdik. Prezidentin təlimatı ilə Səhiyyə Nazirliyi və Milli Müdafiə Nazirliyinin dəstəyilə vətəndaşlarımızın təxliyə edilməsi üçün lazımlı hazırlıqlar tamamlandıqdan sonra bu ölkəyə bir təyyarə göndərdik. Beləcə bu ölkədəki 34 vətəndaşımız ilə yanaşı 7 Azərbaycan və bir Gürcüstan vətəndaşı Türkiyəyə gətiriləcək”.



Әlaqәli Xәbәrlәr