F.Altun:“Bu planla Qüds tamamilə İsrailə verilmək istənir"

“ABŞ-ın irəli sürdüyü sülh planı ilə Qüdsün tamamilə İsrailə verilmək istənir. Qüds İsrailə məxsus deyil və buranı  özgələrinə təklif etmək də üçüncü tərəflərin qərarı ola bilməz”.

1349558
F.Altun:“Bu planla Qüds tamamilə İsrailə verilmək istənir"

“ABŞ-ın irəli sürdüyü sülh planı ilə Qüdsün tamamilə İsrailə verilmək istənir. Qüds İsrailə məxsus deyil və buranı  özgələrinə təklif etmək də üçüncü tərəflərin qərarı ola bilməz”.

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun bunu şəxsi “Twitter” hesabında ingiliscə paylaşmasında deyib.

İrəli sürülən bu sülh planının İsrailin işğalını və yaşayış yerlərini qanuni hala gətirmək cəhdi olduğunu bildirən Altun “Nə tətbiq edilə biləcək bir plandır, nə də sahədəki vəziyyətə dair ədalətli bir dəyərləndirmə ehtiva edir. Plan fələstinlilərin istəklərini gözdən yayındırarkən İsraili qane etmək məqsədi güdür” ifadələrini işlədib.

Bütün dünyanın ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının əleyhinə olduğunu bildirən Altun “Bu planla birlikdə Qüds tamamilə İsrailə verilmək istənir. Qüds İsrailə məxsus deyildir və Qüdsü başqalarına təklif etmək də üçüncü tərəflərin qərarı ola bilməz. İki tərəfin də dəstəyi, razılaşması və təsdiqi olmadan açıqlamalar yaymağın bölgəyə sabitsizlik gətirməkdən başqa təsiri olmayacaqdır” deyib.  

Altun ABŞ və İsrailin təktərəfli atdığı addımların bölgəyə qan və gözyaşı kimi geri qayıtdığını bildirərək, “Netayahu öz siyasi gələcəyi üçün siyasi oyun oynayır. Ölkəsində təzyiq altındadır. Sülh kimi həssas bir məsələdən məsuliyyətsizcə istifadə edərək siyasi qazanclar əldə etməyə cəhd göstərir. Mart ayında keçiriləcək seçkilər yaxınlaşarkən müqəddəs bölgələrdən siyasətdə vasitə kimi istifadə etməsinə icazə vərilə bilməz” deyib.

Altun paylaşmasında ayrıca, “Bu plan bölgənin öz məsələlərilə kənardan müxadilə olmadan əlaqədar olunmasının vacibliyinin göstəricisidir. Bəzi Körfəz ölkələri bərabərlik, ədalət və sülhlə uzaqdan, yaxından əlaqəsi olmayan bu planı dəstəkləyir kimi görünür. Bu ölkələrin ərəb və müsəlman ictimaiyyətinə izahat vermələri lazım gələcək” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr