Çindəki Türkiyə vətəndaşlarının təxliyəsi fəaliyyətləri start götürüb

Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını koronavirusun ən çox yayıldığı Hubey əyalətindən çıxarmaq üçün Səhiyyə nazirliyinin fəaliyyətə başladığını açıqlayıb.

1349707

Nazirliyin açıqlamasında bildirilib ki, Pekindəki Səfirlik ilə birgə yerli qurumlarla və bu ölkədə yaşayan Türkiyə vətəndaşları ilə yaxından əlaqə saxlanılır.

Bu arada  XİN vətəndaşları xüsusi ehtiyac olmadan Çinə getməməyə, Çində olanları isə xəstəliyə yoluxma hallarının daha çox olduğu bölgələrdən uzaq olmağa, tibbi qaydalara əməl etməyə çağırıb.

Açıqlamada Türkiyədə təsdiqlənmiş yeni növ koronovirus epidemiyasının olmadığı da vurğulanaraq, “Şübhəli bir çinli sərnişin 25 yanvar şənbə günü ölkəsinə geri qaytarıldı. Səhiyyə Nazirliyimiz ölkəmizə bexnəlxalq girişlərin olacağı bütün məntəqələrdə xalqın sağlamlığı üçün lazım olan bütün tədbirləri görmüşdür” ifadəsi işlədilib.

Әlaqәli Xәbәrlәr