XİN "Beynəlxalq Holokost Anım Günü" münasibətiylə açıqlama verdi

Türkiyə "Beynəlxalq Holokost Anım Günü" münasibətiylə ayrı-seçkiliklə mübarizənin vacib olduğunu vurğuladı.

1348203
XİN "Beynəlxalq Holokost Anım Günü" münasibətiylə açıqlama verdi

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada nasist rejimi və əməkdaşları tərəfindən planlı olaraq qətlə yetirilən 6 milyon yəhudi, qaraçılar və əlillər başda olmaqla hədəf götürülən azlıqlar və qrupların hörmətlə yad edildiyi bildirilib.

II Dünya Müharibəsindən əvvəl Holokost nəticəsində yaşanan ağrılı təcrübəyə baxmayaraq antisemitizm, ksenofobiya, irqçilik və islamofobiyanın ümumdünyada artmasının narahatlıq yaraddığına diqqət çəkilən açıqlamada : “qlobal sülh, təhlükəsizlik və sabitliyi təhdid edən bu nifrət əsaslı sınaqlara qarşı mübarizə edilməlidir. Türkiyə, hər cür ekstremizmin qarşısını almaq üçün mübarizəyə davam edəcək. Keçmişdə nasist rejimindən təsirlənən yüzlərlə insana qapılarını açmış olan Türkiyə bu gün də zülmdən qaçan milyonlarla insana ev sahibliyi edir. Antisemitizm, İslamofobiya, irqçilik, ksenofobiya, ayrı-seçkilik və hər cür ekstremizmin qarşısını alacaq səylərimiz əzmlə davam edəcək.



Әlaqәli Xәbәrlәr