Prezident Rəcəb Tayyib Ərdoğan Qambiyaya səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzairdəki görüşlərini yekun vuraraq, xüsusi təyyarə “TUR” ilə Türkiyə vaxtı ilə saat 12.35-də Qambiyaya hərəkət edib.

1348144
Prezident Rəcəb Tayyib Ərdoğan Qambiyaya səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzairdəki görüşlərinə yekun vuraraq, xüsusi təyyarə “TUR” ilə Türkiyə vaxtı ilə saat 12.35-də Qambiyaya hərəkət edib.

Ərdoğan Əlcəzair Huari Bumedyen hava limanından həmin ölkənin prezidenti Əbdülməcid Tebbun, mədəniyyət naziri Melike Bendude və digər rəsmilər tərəfindən yola salınıb.

Prezident Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və təbii sərvətlər naziri Fateh Dönməz, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, ticarət naziri Ruhsar Pekcan, MİT sədri Xaqan Fidan, Prezident Aparatının Mətbuat Xidməti sədri Fəxrəddin Altun və Prezident Aparatının sözçüsü İbrahim kalın da Qambiyaya səfər etdi.



Әlaqәli Xәbәrlәr