Elazığda baş verәn zәlzәlә qurbanlarının sayı 41 nәfәrә çatıb
Türkiyәnin Elazığ şәhәrindә cümә günü yerli vaxtla saat 20.55-dә baş vermiş 6,8 ballıq zәlzәlә nәticәsindә hәlak olanların sayı 41 nәfәrә çatıb.
Türkiyәnin Elazığ şәhәrindә cümә günü yerli vaxtla saat 20.55-dә baş vermiş 6,8 ballıq zәlzәlә nәticәsindә hәlak olanların sayı 41 nәfәrә çatıb.
Zәlzәlәdәn sonra başlanılan axtarış-xilasetmә әmәliyyatları davam etdirilir.
Fövqәladә Hallar vә Tәcili Yardım İdarәsi (AFAD) zәlzәlәdәn sonra xәstәxanaya yerlәşdirilәn 1607 nәfәrdәn 1515-nin vәziyyәtinin stabil olduğunu bildirib.
Digәr tәrәfdәn bölgәyә 23 mindәn çox çadır, 2 min 354 isidici vә 6 min 436 әrzaq bağlaması göndәrilib.
Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu, sәhiyyә naziri Fәxrәddin Koca, әtraf mühit vә şәhәrsalma naziri Murat Kurum, din işlәri üzrә idarәnin rәhbәri Әli Erbaş tәbii fәlakәtin baş verdiyi bölgәdә olublar.
Mәlumata görә, Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu, sәhiyyә naziri Fәxrәddin Koca, әtraf mühit vә şәhәrsalma naziri Murat Kurum vә әdliyyә naziri Әbdulhәmit Gül Elazığ Valiliyindә mәtbuat konfransı tәşkil ediblәr.
Mәtbuat konfransında çıxış edәn Süleyman Soylu deyib: ‘‘Bu gündәn etibarәn hәm Elazığ, hәm dә Malatyadakı dövlәt qurumlarının fәaliyyәti bәrpa olunub’’.
Türkiyәnin daxili işlәr naziri Elazığda indiyәdәk 45 sığınacağın müәyyәnlәşdirildiyini qeyd edib. O, hәmçinin Elazığın Holpenk mәhәllәsindә 1000 konteynerdən ibarət şәhәrciyin salınacağını bildirib.
Sәhiyyә naziri Fәxrәddin Koca da xәstәxanada 86 nәfәrin müalicәsinin davam etdiyini deyib.
Әtraf mühit vә şәhәrsalma naziri Murat Kurum isә Elazığda 2 min yeni binanın inşa idilmәsi ilә әlaqәdar fәaliyyәtlәrin başladığını söyləyib.
Әdliyyә naziri Әbdülhәmit Gül dә bölgәdәki hәbsxanalardakı mәhbusların vəziyyətinin yaxşı oluğunu vurğulayıb.
Qeyd edәk ki, Cümhuriyyәt Xalq Partiyasının sәdri Kamal Kılıçdaroğlu Elazığda baş verәn zәlzәlә ilә әlaqәdar göstәrilәn hәmrәyliyi alqışlayıb.
‘‘Türk xalqı pis vә yaxşı gündә bәrabәr olduğunu göstәrdi’’,-deyә Kamal Kılıçdaroğlu söylәyib.
İYİ Partiyanın sәdri Meral Akşenәr dә Elazığda baş verәn zәlzәlәdәn sonra bölgәyә baş çәkib vә hәlak olanların ailәlәrinә sәbr dilәyib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.