Ərdoğan zəlzələ bölgəsində oldu

Elazığın Sivrice qəsəbəsində meydana gələn 6,8 bal gücündəki zəlzələ ilə bağlı vəziyyəti yerində öyrənmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra nazirlərlə birlikdə Elazığa getdi.

1347362
Ərdoğan zəlzələ bölgəsində oldu

 

  Elazığın Sivrice qəsəbəsində meydana gələn 6,8 bal gücündəki zəlzələ ilə bağlı vəziyyəti yerində öyrənmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, vitse-prezident Fuad Oktay və bir sıra nazirlərlə birlikdə Elazığa getdi.

  Zəlzələdə həyatını itirən iki adamın da cənazə mərasimində iştirak edən Ərdoğan burada etdiyi çıxışında deyib:

  "Keçmişdən bu günə qədər çox zəlzələlər gördük, yaşadıq, amma bu xalq fəlakəti səbirlə dəf edə bildi.

  Dövlət olaraq, millət olaraq sona qədər əlimizdən gələni edirik, edəcəyik də. Bütün dağıntılar üzərində işlərimiz sürür.

  Kəndlər və məhəllələrdəki dağıntıların yerinə sürətlə Kütləvi Mənzil İdarəetmə Müdirliyi (TOKİ) tərəfindən lazım olan hər şeyi edəcəyik. Heç kim çöldə qalmayacaq."



Әlaqәli Xәbәrlәr