Çavuşoğlu:“Atəşkəs rejiminə əməl olunana qədər bi ölkəyə hərbçi göndərilməyəcək”

Liviyada atəşkəs rejiminə əməl olunana qədər Türkiyə və digər ölkələr bölgəyə əlavə hərbi məsləhətçilər və qoşunlar göndərməyəcək. Bunu Xarici işlər naziri Çavuşoğlu deyib.

1346215
Çavuşoğlu:“Atəşkəs rejiminə əməl olunana qədər bi ölkəyə hərbçi göndərilməyəcək”

Çavuşoğlu Rusiyanın RİA xəbər agentliyinə müsahibəsində gündəmdəki mövzulara münasibət bildirib.

Berlində Liviya mövzusu ilə əlaqəli tərəf ölkələrin nazirlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan yığıncağın konkret tarixinin Almaniya tərəfindən müəyyən ediləcəyini ifadə edən Çavuşoğlu Çavuşoğlu, belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirdiklərini və bunun Fevralın il həftəsində reallaşacağını təxmin etdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya silah embarqosu və sanksiya tətbiqinə dair qərarının olduğunu xatırladıb: “Qərarda bütün üzv dövlətlərə çağırış edilib ki Liviyada digər aktyorlar, yəni müxalif lider Hafter ilə münasibətlərə son qoysunlar. Milli Həmrəylik Hökumətinin rəhbəri Fayiz Seraca dəstək versinlər. Lakin ən vacib məsələ və meyar münaqişənin dayanması və atəşkəsin bərpasıdır. Atəşkəs rejiminə əməl edilərsə Liviyaya və ya digər ölkələrə qarşı sanksiyalar barədə danışıqlar ilə vaxt itirmək əvəzinə siyasi proseslərə və bu prosesin sürətlənməsinə yönələrik. Ölkədə atəşkəsin davam etdiyi müddətcə bölgəyə hərbçi, muzdlu əsgər və ya hərbi məsləhətçi göndərilməyəcək. Berlin konfransında bu mövuda mütabiq qalındı”-deyə Çavuşoğlu bildirib.

 



Әlaqәli Xәbәrlәr