Misirin Ankaradakı səfir əvəzi Xarici İşlər Nazirliyinə çağrıldı

Misirin Ankaradakı səfir əvəzi “Anadolu” agentiliyinin Qahirə ofisindəki əməkdaşlarının həbs edilməsilə əlaqədar Xarici İşlər Nazirliyinə çağrıldı.

1341822
Misirin Ankaradakı səfir əvəzi Xarici İşlər Nazirliyinə çağrıldı

Misirin Ankaradakı səfir əvəzi “Anadolu” agentiliyinin Qahirə ofisindəki əməkdaşlarının həbs edilməsilə əlaqədar Xarici İşlər Nazirliyinə çağrıldı.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, “Anadolu” agentliyinin (AA) Qahirə ofisindəki əməkdaşlarının həbs edilmələrilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağrılan Misirin Ankaradakı səfir əvəzinə Türkiyənin reaksiyası çatdırıldı.

Qeyd edək ki, Türkiyə ilə Misir arasındakı diqlomatik əlaqələr 2013-cü ildən bəridir qarşılıqlı olaraq səfir əvəzi səviyyəsində davam etdirilir.

Misir polisi yanvarın 15-də “Anadolu” agentliyinin Qahirədəki ofisinə basqın edərək 1-i Türkiyə vətəndaşı olmaqla 4 əməkdaşını saxlayaraq, naməlum yerə aparıb.

Ofisə Türkiyə vaxtı ilə saat 18:00 radələrində girən polis işçiləri təhlükəsizlik kameralarını bağlayıb və interneti kəsib.

Səhər saatlarına qədər ofisdə axtarış fəaliyyətlərini davam etdirən təhlükəsizlik qüvvələri işləyənlərin pasport, cib telefonları və bilgisayarlarını müsadirə edərək kənardan birilə əlaqə saxlamalarına mane olub.

Axtarış aparan polis işçiləri hadisədən sonra ofisə gələn “Anadolu” agentliyinin vəkilinə basqının səbəbilə bağlı məlumat verməyi qəbul etməyiblər.

“Anadolu” agentliyi və Türkiyənin Qahirə Səfirliyinin vəkilləri jurnalistlərin nə üçün saxlanıldığı və haraya aparıldığına dair Misir rəsmilərindən məlumat tələb ediblər, ancaq hələ də cavab ala bilməyiblər.



Әlaqәli Xәbәrlәr