İbrahim Kalın "CNN İnternational"a danışdı

Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "CNN İnternational"a müsahibəsində Liviyadadakı vəziyyət başda olmaqla ABŞ və İran arasındakı böhrana münasibət bildirib.

1341127
İbrahim Kalın "CNN İnternational"a danışdı

 

  İbrahim Kalın Türkiyənin Liviya strategiyası ilə əlaqəli ünvanlanan bir suala: “İki ölkənin keçmişə əsaslanan əlaqələri var. Türkiyə Şimali Afrikada siyasi sabitliyin qorunmasına üstünlük verir”, - dedi.

  Kalın vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putinin çağırışı ilə 8 Yanvarda Liviyada atəşkəs başladı. Bunun daimi olabilməsi üçün detallar təhlil edilməlidir. Hafter həmin detallar və şərtlərə baxmaq üçün əlavə möhlət tələb etdi.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salamenin səylərinin yüksək qiymətləndirildiyini ifadə edən Kalın, Türkiyənin 19 Yanvarda Berlində keçiriləcək Liviya zirvəsi əvvəlində atəşkəs təmin edilməsi uğrundakı səylərinin gündəmə və qarşıdurmanın sona çatmasına töhfə verəcəyinə inamının olduğunu qeyd edib. O: “Aydındır ki, Liviyada hər şey kövrəkdir. Nəinki atəşkəs, siyasi proses də BMT prosesi də. Mükəmməl vəziyyətlə üzləşmədiyimizi qəbul etməliyik. Çox fərqli fraksiyalar, tayfalar, beynəlxalq aktyorlar, maraqlı tərəflər və daha bir çox ünsürün iştirak etdiyi bu qarşıdurmaya son qoymağa çalışırıq”

  İbrahim Kalın ABŞ-nın 3 yanvarda İran generalı Qasim Süleymani və Haşdi Şabinin rəhbərinin müavini Əbu Mehdi Mühəndisi Bağdad havalimanında öldürülməsindən sonra bölgədə gərginliyin tarıma çəkildiyini xatırladıb: “Türkiyə bölgənin yeni bir şiddət və gərginlik bataqlığına batmaması üçün ABŞ və İran ilə görüşərək gərginliyi yüngülləşdirməyə səy edir. Əsl məsələ İraqın ABŞ və İranın güclərini sınadıqları döyüş meydanına çevrilməsidir. Problemin əsasını bu təşkil edir”.

 



Әlaqәli Xәbәrlәr