M.Çavuşoğlu:“Süleymaninin öldürülməsi bölgənin təhlükəsizliyinə ciddi təhdid oldu”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Qüds qüvvələri komandiri iranlı general Süleymaninin ABŞ-ın hücumları nəticəsində öldürülməsinin bölgənin təhlükəsizliyinə ciddi təhdid olduğun vurğulayıb.

1335269
M.Çavuşoğlu:“Süleymaninin öldürülməsi bölgənin təhlükəsizliyinə ciddi təhdid oldu”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Qüds qüvvələri komandiri iranlı general Süleymaninin ABŞ-ın hücumları nəticəsində öldürülməsinin bölgənin təhlükəsizliyinə ciddi təhdid olduğun vurğulayıb.

Çavuşoğlu 2019-cu ilə dair xarici siyasəti qiymətləndirdiyi mətbuat konfransında deyib:

“Süleymaninin öldürülməsi bölgənin sülh və sabitliyi üçün ciddi təhdid təşkil etdi. Bu problemin həlli yaxud da gərginliyin azaldılması üçün yaxın günlərdə yenə digər ölkələrlə birlikdə cəhdlərimizi davam etdirəcəyik. Prezident Ərdoğan Fransa, İran, İraq prezidenləri və Qətər Əmiri ilə telefonla danışdı, İngiltərənin baş naziri və Almaniya kansleri kimi digər bir sıra ölkələrin rəhbərlərilə də yaxın günlərdə görüşlər keçirəcək.”

Çavuşoğlu özünün də İranın xarici işlər naziri Cavad Zərif, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi  Mayk Pompeo, İngiltərə, Qətər, Pakistanın xarici işlər nazirləri və BMT-nin baş katibi Antonio Qutarreş ilə telefonla danışdığını bildirib.  

Türkiyənin sülh üçün atılacaq bütün addımlarda hər zaman liderlik rolunu üzərinə götürdüyünü vurğulayan Çavuşoğlu “ Bu məsələnin həlli yaxud da gərginliyin azaldılması üçün yaxın günlərdə yenə digər ölkələrlə cəhdlərimizi davam etdirəcəyik. Məlum olduğu kimi 8 yanvarda Rusiya prezidenti Vladimir Putin İstanbula gələcək. Putin ilə bu mövzuları Cənab Prezidentimiz şəxsən müzakirəyə çıxaracaq. Xüsusilə burada hamımızın narahatlığı İraqın digər ölkələr üçün bir toqquşma sahəsinə çevrilməməsidir. Bu, İraq və bölgəmiz üçün çox ciddi riskdir. İraqla görüşlərimiz davam edir. Münasibətilə bu zorakılıq halının azaldılması üçün biz üzərimizə düşəni yerinə yetirməkdə davam edəcəyik” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr