F.Oqtay: “Qəbul edilən sənədlə Türkiyənin haqq və maraqlarını qorumağa davam edəcəyik”

Prezident müavini Fuad Oqtay Livayaya əsgər göndərilməsinə dair qəbul edilən sənədlə bölgədə oynanan oyunları pozmağa, Türkiyənin haqq və maraqlarını qorumağa davam edəcəklərini bildirdi.

1333792

Fuad Oqtay şəxsi “twitter” səhifəsində bunları yazıb:

“Livayaya əsgər göndərilməsinə dair qəbul edilən sənədin Türkiyə və bölgə üçün xeyirli olmasını diləyirəm. Hökumət Şərqi Aralıq dənizindəki hər addımını təfərruatlı çalışılmış müəyyən strateji və plan daxilində atır. Livayaya əsgər göndərilməsinə dair qəbul edilən sənədlə bölgədə oynanan oyunları pozmağa, Türkiyənin haqq və maraqlarını qorumağa davam edəcəyik. Liviyanın torpaq bütövlüyünü müdafiə edən Türkiyənin məqsədi BMT nəzdində legitimliyi olan hökumətin çağırışına dəstək vermək və bölgə sülhünə xidmət göstərməkdir. Bu sənədin qəbulu ilə Liviyada təcavüzkar mövqelərini davam etdirənlərə lazımlı xəbərdarlığın edildiyinə ümid edirəm.”

Әlaqәli Xәbәrlәr