Uşaqlarına qovuşma ümidiylə oturma etirazına daha iki ailə qatıldı

Uşaqlarının dağa qaçırılmasından Xalqların Demokratik Partiyasını (HDP) məsul tutan Diyarbəkir analarının 3 sentyabrdan partiyanın mərkəzi binası qarşısında başladıqları oturma etirazı sürür.

1332986
Uşaqlarına qovuşma ümidiylə oturma etirazına daha iki ailə qatıldı

 

  Diyarbəkir analarının bölücü terror təşkilatı PKK tərəfindən dağa qaçırılan uşaqlarına qovuşma ümidiylə davam etdirdikləri oturma etirazına daha iki ailə qatıldı.

  Uşaqlarının dağa qaçırılmasından Xalqların Demokratik Partiyasını (HDP) məsul tutan Diyarbəkir analarının 3 sentyabrdan partiyanın mərkəzi binası qarşısında başladıqları oturma etirazı sürür.

  Hakkarinin Şəmdinli qəsəbəsində 2013-cü ildə PKK terrorçuları tərəfindən dağa qaçırılan qızı Zübeydə Koç üçün hərəkətə keçən Əsmər Koç onu geri qaytarmadan oturma etirazına davam edəyəcəyini bildirib.

  Sur qəsəbəsində yaşadıqları zaman 17 yaşında dağa qaçırılan nəvəsi Xəlil İbrahim Kadran üçün hərəkətə qatılan Halıma Kadran da terror təşkilatı PKK-ya reaksiya verərək: "Gecə gündüz ağlayırıq. Mən uşağımı istəyirəm", - deyə etiraz səsini qaldırıb.  



Әlaqәli Xәbәrlәr