Ərdoğan Yeni İl münasibətilə təbrik etdi

Yeni İl münasibətilə təbrik mesajı paylaşan R.T.Ərdoğan deyib...

1332532
Ərdoğan Yeni İl münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin atdıqları addımlarla Türkiyəni Aralıq dənizindən tamamilə kənarlaşdırma layihələrini iflasa uğratdıqlarını söylədi.    

  Yeni İl münasibətilə təbrik mesajı paylaşan R.T.Ərdoğan deyib:

  “Noyabr ayında imzalanan müqavilə Türkiyəni Liviya ilə dənizdən qonşu etdi. Biz Liviyadakı qanuni Trablus hökumətinə verəcəyimiz dəstəklə bu razılaşmaların bütün maddələriylə həyata keçirilməsini təmin edəcəyik.

  Türkiyəni Aralıq dənizindən tamamilə kənarlaşdırma layihələri atdığımız son addımlarla tamamilə iflasa uğradı.

  Dekabr ayının ilk yarısında camaata paylanan 100 min bina 81 rayonun hamısını sevindirib. İnsanlarımızın ev tələbi olduqca, hər il 100 minlərlə bina inşasını yenə davam etdirməyi planlaşdırırıq.

  Türkiyənin avtomobil layihəsini də xalqımız bəyəndi, mənimsədi.

  Qaradənizi Mərmərə dəniziylə görüşdürəcək, Türkiyəyə çox böyük strateji və iqtisadi töfhələri olacaq “Kanal İstanbul” layihəsini də, inşallah, addım-addım irəli aparacaq və mütləq sona çatdıracağıq.

  Birlikdə tarixi hadisələrə şahidlik etdiyimiz 2019-cu ili geridə buraxır, inşaallah, daha gözəl inkişafları yenə birlikdə yaşayacağımız 2020-ci ilə giririk. Rəbbimdən 2020-ci ilinin ölkəmiz, millətimiz, dostlarımız və bütün bəşəriyyət üçün xeyirlərə, sülhə, əmin-amanlığa, sağlıq və rifaha vəsilə olmasını arzu edirəm.”



Әlaqәli Xәbәrlәr