Prezident Ərdoğan Somali xalqına başsağlığı verdi

Prezident Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Məhəmməd Abdullah Farmajoya başsağlığı verdi.

1331511
Prezident Ərdoğan Somali xalqına başsağlığı verdi

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə prezidenti Ərdoğan Somalidə törədilən bombalı hücumla bağlı həmkarı Farmajo ilə telefonda danışıb. Ərdoğan terror hücumunda həyatını itirənlər üçün başsağlığı verib, yaralılara şəfalar diləyib, terrora qarşı mübarizədə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulaytıb. 

  Xatırladaq ki, dekabrın 28-də Somalinin paytaxtı Moqadişuda universitet tələbələrini daşıyan avtobusun keçdiyi sırada törədilən hücum nəticəsində ikisi Türkiyə vətəndaşı olmaqla 80 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr