Təyyarə Moqadişudan havaya qalxdı

Somalinin paytaxtı Moqadişuda dekabrın 28-də bomba yüklü maşınla törədilən terror hücumunda həyatını itirən 2 Türkiyə vətəndaşının nəşi 16 yaralı ilə birgə Türkiyəyə gətirilir.

1331388
Təyyarə Moqadişudan havaya qalxdı

 

  Somalinin paytaxtı Moqadişuda dekabrın 28-də bomba yüklü maşınla törədilən terror hücumunda həyatını itirən 2 Türkiyə vətəndaşının nəşi 16 yaralı ilə birgə Türkiyəyə gətirilir.

  Aden Adda Beynəlxalq Havalimanından Türkiyə saatı ilə 15.00-da havalanan Türkiyə Hava Qüvvələrinə aid A400M tipli hərbi nəqliyyat təyyarəsini Somali prezidenti Məhəmməd Abdulla Məhəmməd, Türkiyənin Somalidəki səfiri Mehmet Yılmaz, Diyanət İşləri İdarəsi Dini İşlər üzrə müşaviri Oğuz Yılmaz, Somalidəki Türkiyə Xidməti Komandanlığından hərbçilər və əlaqədar şəxslər yola salıblar.

  Türkiyəyə gətirilən 2 Türkiyə vətəndaşına aid nəşlər ailələrinə təslim ediləcək.

  Hücumda ağır yaralanan 16 nəfər isə Türkiyə xəstəxanalarında müalicə olunacaq.

  Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi Somalidə bomba yüklü avtomobilin partladılması nəticəsində törədilən terror aktı nəticəsində zərərçəkənlərə kömək məqsədilə paytaxt Moqadişuya 20 nəfərlik tibbi briqada və zəruri tibbi ləvazimatdan ibarət humanitar yardım göndərmişdi.



Әlaqәli Xәbәrlәr