Türkiyənin ilk yerli avtomobili dünya mediasında

Dekabrın 27-də Kocaelinin Gebze qəsəbəsində təqdimatı edilən Türkiyənin avtomobili nümayişdən sonra dünya mediasının diqqətini çəkdi.

1330982
Türkiyənin ilk yerli avtomobili dünya mediasında

 

  Dekabrın 27-də Kocaelinin Gebze qəsəbəsində təqdimatı edilən Türkiyənin avtomobili nümayişdən sonra dünya mediasının diqqətini çəkdi.

  "Trend topic" olan Türkiyənin avtomobili #Yerlioto haştaqı ilə dünya gündəmində yer alıb.

  Türkiyənin avtomobili haqqında çox qısa zamanda 100 mindən çox “tweet” atılıb.

  “Reuters” xəbər agentliyi "Türkiyə ilk yerli avtomobilinin təqdimatını etdi" başlığıyla verdiyi yazıda 3,7 milyard dollarlıq layihənin ölkənin böyüyən iqtisadiyyatının bir göstəricisi olaraq respublika başçısı Rəcəb Tayyib Ərdoğan ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) uzun zamandır hədəfi olduğu qeyd edilib.

  “Daily Mail” (İngiltərə) Türkiyə avtomobilinin Amerikanın elektrikli maşın istehsalçısı “Tesla”ya rəqib ola biləcəyini vurğulayıb.

  “Gazete” xəbəri "Prezident Ərdoğan “Tesla”ya meydan oxumağı ümid etdiyi TOGG prototipini təqdim etdi" başlığıyla verib.

  “Bloomberg”də sözügedən mövzunu "Türkiyə 3,7 milyard dollarlıq ilk yerli avtomobil layihəsini tanıtdı" başlığıyla təqdim edib.

  “El Cezire” "Türkiyə ilk yerli avtomobilini tanıtdı" başlığıyla Türkiyə prezidentinin sözlərinə yer verərək yazıb: “Ərdoğan Türkiyənin avtomobilini yalnız ölkə içində deyil, xaricdə də satmağı qarşıya məqsəd qoyub, eyni zamanda, Avropadan başlayaraq qlobal bir markaolma hədəfini elan edib”.



Әlaqәli Xәbәrlәr