Terrorla mübarizədə bu il 1789 terrorçu zərərsizləşdirildi

Milli Müdafiə Nazirliyinin terrorla mübarizədə bu ilə dair açıqladığı məlumata görə, PKK/KCK terror təşkilatının sığınacaq yerlərinə istiqamətli 31-i böyük olmaqla cəmi 150 əməliyyat keçirilib.

1330637
Terrorla mübarizədə bu il 1789 terrorçu zərərsizləşdirildi

Terrorla mübarizədə bu il 1789 terrorçu zərərsizləşdirildi.

Milli Müdafiə Nazirliyinin terrorla mübarizədə bu ilə dair açıqladığı məlumata görə, PKK/KCK terror təşkilatının sığınacaq yerlərinə istiqamətli 31-i böyük olmaqla cəmi 150 əməliyyat keçirilib.

Qətiyyətlilik və hücum anlayışı ilə həyata keçirilən əməliyyatlarda min 789 terrorçu zərərsizləşdirildi, bunlardan 255-i terror təşkilatından qaçaraq özü təslim oldu.

Terrorçulara məxsus min 852 silah istinadgahı, sığınacaq yeri və anbarı məhv edildi.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində işdən azad edilən personal sayı isə 3 min 559 oldu.

15 iyul 2016-cı ildən indiyədək cəmi 18 min 630 personalın Türkiyə Silahlı Qüvvələrilə (TSQ) əlaqəsi kəsildi.

“Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrinə 580-dən artıq suriyalının könüllü olaraq geri qayıtmasına imkan yaradıldı.

Təhlükəsizlik qaynaqlarına görə, TSQ göstəriş verildiyi hər an Liviyaya vəzifə icra etmək üçün getməyə hazırdır.



Әlaqәli Xәbәrlәr