"Türkiyənin daxil olmadığı bir planın həyata keçirilməsi qeyri-mümkündür", İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın Şərqi Aralıq dənizində Türkiyənin daxil olmadığı bir planın həyata keçirilməsinin qeyri-mümkün olduğunu bildirib.

1329035
"Türkiyənin daxil olmadığı bir planın həyata keçirilməsi qeyri-mümkündür", İ.Kalın

Şərqi Aralıq dənizində Türkiyənin daxil olmadığı bir planın həyata keçirilməsi qeyri-mümkündür.

Bunu Prezident Aparatının sözçüsü İbrahim Kalın dekabrın 24-də keçirilən Nazirlər Kabinetinin yığıncağı davam edərkən verdiyi açıqlamada deyib.

Suriyada Fərat çayının şərqində Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatı ilə təşkil tapan təhlükəsizlik xətti daxilində daha sakit və sabit sülh mühitinin hakim olduğunu qeyd edən İbrahim Kalın deyib:

“Lakin bu bölgələrdə də terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG/PYD terroru heç vaxt fasilə vermədən davam edir”.

İdlibdə son vaxtlarda rejimin hücumlarının artdığına da işarə edən İbrahim Kalın “Hücumların təcili dayanmasını, bunun yeni bir atəşkəs qərarı ilə həyata keçirilməsini gözləyirik. Rusiya tərəfindən də əsasən bunu gözləyirik. Burada rus tərəfinin daha böyük məsuliyyətinin olduğunu xatırlatmaq faydalıdır” deyib.

Şərqi Aralıq dənizi mövzusunda isə İbrahim Kalın bildirib ki, Misir, İsrail, Cənubi Kıbrıs (Kipr) Rum İdarəçiliyi və Yunanıstanın bir araya gələrək Türkiyəni tamamilə kənarda qoyaraq, öz aralarında bir sıra yığıncaqlar keçirmələrinə, razılaşmalar imzalamalarına, lahiyələr hazırlamalarına heç kəs etiraz etmədi. Ancaq Türkiyə Liviya ilə razılaşma imzaladığı anda “Türkiyənin beynəlxalq hüquqa zidd hərəkət etdiyinə dair bir sıra iddialar dilə gətirildi. Şərqi Aralıq dənizində Türkiyənin daxil olmadığı bir planın həyata keçirilməsi qeyri-mümkündür.

Liviya hökumətilə İtaliya, Fransa kimi ölkələrin də imzaladığı müqavilələr olduğunu, heç kəsin bunlara etiraz etmədiyini bildirən sözçü İbrahim Kalın “Türkiyənin imzaladığı razılaşmanın legimitliyini sual etmək də heç kəsin həddi deyil. Amma ümumi prinsip olaraq Şərqi Aralıq dənizində Türkiyəni kənarda buraxaraq orada sülh, dinclik və sabitlik mühitinin yaradılmayacağını da hər kəs bilməlidir” deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr