Türkiyə ABŞ Konqresinin üzvlərinə reaksiya göstərdi

Türkiyə ABŞ Konqresindəki adi bir büdcə planlaşdırma prosesindən belə bir daha ABŞ-lı siyasətçilərin qısa müddətli siyasi məqsədlərində vasitə   kimi istifadə edilməsini qınadı.

1326955

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ Konqresi tərəfindən qəbul edilə qanun layihəsinə dair açıqlama verib.

 Aksoy açıqlamasında “2020-ci ildə ABŞ federal qurumlarına büdcə ayırmaları barədə qanun layihəsi ölkəmiz əleyhinə  ünsürlər əhatə edir. Bunun ABŞ Nümayəndələr Palatası və Senatında qəbul olunması ABŞ Konqresi üzvlərinin ikili əlaqələrimizdə hansı metodla olarsa olsun təxrib etmə sahəsindəki son addımıdır” ifadəsini işlədib.  

Hami Aksoy açıqlamasında ayrıca bildirib ki, ABŞ Konqresindəki adi bir büdcə planlaşdırma prosesindən belə bir daha ABŞ-lı siyasətçilərin qısa müddətli siyasi məqsədlərində vasitə   kimi istifadə edilməsini qınayırıq. ABŞ-lı Konqres üzvləri Türkiyə düşməni bəzi həmkarlarının müttəfiqliq məfhumunun içini boşaltma cəhdlərində vasitə kimi istifadə etmələri ilkin planda öz etibarlarını zəiflədir.

Hami Aksoy “F-35” döyüş təyyarələrinin ölkəmizə göndərilməsinə nahaq yerə mane olmaq, ayrıca Kıbrıs (Kipr) Adasındakı həll səylərinə və Şərqi Aralıq dənizindəki əməkdaşlıq imkanlarına zərbə vurmaq üçün cəhd göstərən dairələr bu təşəbbüslərinin hər şəydən əvvəl ABŞ-ın öz maraqlarına zərər verdiyini və bölgənin sülhü ilə sabitliyinin xeyrinə olmadığını zaman ərzində başa düşəcəklər” ifadələrini işlədib.

Türkiyə ABŞ Konqresinin üzvlərinə reaksiya göstərdi

Әlaqәli Xәbәrlәr