Prezident Ərdoğan: “Türkiyə ABŞ-ın addımlarına biganə qalmaz”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəyə ehtimal olan sanksiya tətbiqinə Türkiyə biganə qalabilməz. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan danışıb.

1326996
Prezident Ərdoğan: “Türkiyə ABŞ-ın addımlarına biganə qalmaz”

 Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurdakı təmaslarının sonunda jurnalistlərin suallarını cavablandırdı, gündəmdəki mövzulara münasibət bildirdi.

Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri və Türkiyənin layihə ortağı olduğu F-35 qırıcı təyyarələriylə əlaqədar ABŞ-ın sanksiya qərarına toxunan Ərdoğan: “S-400 hava hücumundan müdafiə sistemliri satın alındı və  iş tamamlandı. Bundan geri addım atmağımız söz mövzusu deyil. Dəfələrlə bunu səsləndirdik. İndi bir də utanmadan, sıxılmadan Türk Axını layihəsinə (Rus təbii qazını Qara dəniz və Türkiyə üzərində Avropaya çatdıran boru xəttinə) sanksiya tətbiq edəcəklərini irəli sürürlər. Belə bir qərar haklarımıza təcavüz hesab edilir. Buna biganə qalmarıq. Türkiyə sanksiyalar qarşısında əli qolu bağlı dayanacaq bir millət deyil. Qəbilə dövləti yox, böyük Türkiyə Respublikası olduğumuzu hər platformada səsləndiririm. Türkiyə Tarixi və sahib olduğu hər şəyilər digər ölkələrdən fərqli mövqeyə sahibdir. Bu səbəbdən heç bir sanksiyaya biganə qalmayacağımız idrak edilməlidir”-deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr