Prezident Ərdoğan milli valyuta ilə ticarətin əhəmiyyətinə diqqət çəkdi

Ticarət müharibələrinin mübahisə mövzusu olduğu dövründə milli valyuta ilə ticarət məsələsinin aktuallığı artır. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib.

1326310
Prezident Ərdoğan milli valyuta ilə ticarətin əhəmiyyətinə diqqət çəkdi

Prezident Rəcəb Tayyib Ərdoğan, Malayziyada keçirilən Kuala-Lumpur sammiti çərçivəsində təşkil edilən "Milli Suverenliyin əldə edilməsində inkişafın rolu" mövzulu iclasda çıxış edib.

Əməkdaşlıq çərçivəsində atılası addımlara üstünlük verilməsinin lazım gəldiyini ifadə edən Ərdoğan: “Xarici valyutalarla ticarət etməkdənsə, milli valyutalarla ticarətin vacibliyinə diqqət çəkirik. Ticarət müharibələrinin başladığı dövrdə milli valyutalarla ticarət məsələsi aktuallaşdı. Bu məsələdə də sizinlə birlikdə lazımlı addımları atmaqda hazırıq. Bununla yanaşı İslam maliyyəsi məsələsini prioritet olaraq gündəmə daxil etməliyik. Müsəlman olaraq çox gənc və dinamik bəhalimiz var, ancaq insan kapitalını səfərbər edəcək təhsildə ciddi problemlərimizin olduğu da aşkardır”-deyə Ərdoğan vurğulayıb.

Ərdoğan iclas zamanı mətbuat mənsublarının ünvanladıqları sualları da cavablandırıb: “Türkiyədə 4 milyon Suriyalı qaçqın var. Ancaq Əsad rejiminin hücumları səbəbiylə İdlibdən daha 50 min miqrant sərhədləriməzə istiqamətlənib. Baxmayaraq Avropa ölkələri vəziyyətə biganə qalmaqda davam edirlər. Bölgədə təhlükəsiz zona yaradılmasına dair təklifimizə dəstək əvəzinə bölgəyə silah göndərirlir. Terrora qarşı mübarizə edək deyirlər. Belə mübarizə olmaz”.

Malayziyanın Baş naziri Mahatir Mohamməd də: “İslam dünyasının problemlərinin həlli öz bazarımızı yaradmaqla mümkün olar. Türkiyə müdafiə sənayesində sürətlə inkişaf edir. Malaziya isə bu sahədə Türkiyədən çox şey öyrənir”-deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr