Türkiyә prezidenti Malayziyada sәfәrdәdir

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Kuala Lumpur Sammitinә qatılmaq üçün Malayziyanın paytaxtı Kuala Lumpura sәfәr edib.

1325571
Türkiyә prezidenti Malayziyada sәfәrdәdir

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Kuala Lumpur Sammitinә qatılmaq üçün Malayziyanın paytaxtı Kuala Lumpura sәfәr edib.

Türkiyә prezidenti Әrdoğan Malayziyaya etdiyi sәfәr çәrçivәsindә ilk olaraq baş nazir Mahathir Muhammedi ilә görüşüb.

Görüş mәtbuat üçün qapalı keçirilib.

Görüş zamanı iki ölkә arasında müxtәlif sahәlәrdә 15 müqavilә imzalanıb.

‘‘Elm vә Texnologiya Sahәsindә Türkiyә vә Malayziya Hökumәtlәrarası Әmәkdaşlıq Müqavilәsi’’ni  sәnayә vә texnologiya naziri Mustafa Varank ilә Malayziya energetika, elm, texnologiya, etraf mühit vә iqlim dәyişikliyi üzrә nazir Yeo Bee Yin imzalayıblar.

Qeyd edәk ki, Türkiyә vә Malayziyanın müdafiә ilә texnologiya şirkәtlәri arasında  xoşniyyәtә dair 14 müqavilә imzalanıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan daha sonra Malayziya Kralı Sultan Abdullah Riayatuddin Mustafa Billah Şax ilә görüşüb.

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib vә yarım saat davam edib.

Görüşdә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın xanımı Әminә Әrdoğan vә Malayziya Kralı Sultan Abdullahın xanımı Azizah Aminah Maimunah İskandariah da iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr