“ABŞ Senatının qərarı siyasidir”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ikitərəfli münasibətlərdə düzəldilə bilməyən addımlar atmamasının vacibliyini və Senatın qərarının siyasi olduğunu vurğuladı.

1323698
“ABŞ Senatının qərarı siyasidir”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ikitərəfli münasibətlərdə düzəldilə bilməyən addımlar atmamasının vacibliyini və Senatın qərarının siyasi olduğunu vurğuladı.

Prezident Ərdoğan telekanallardan birində iştirak etdiyi proqramda keçən həftə ABŞ Senatının 1915-ci il hadisələrini dırnaqarası “soyqırım” olaraq tanıyan layihəni qəbul etməsinə reaksiya göstərərək deyib:

“Qəbul etdiyiniz bu qərarların bir qiyməti yoxdur. Çünki bu qərarlarınız tamamilə siyasidir. Türkiyə lazım gəlsə sanksiya tətbiq edə bilər. Hər iki tərəf üçün çox əhəmiyyətlidir ki, ABŞ bizim münasibətlərimizi düzəltməyə mümkün olmayacaq təşəbbüslər etməsin. Əlbəttə, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Əgər lazım olsa, onda İncirliyi və Kürəciyi bağlayacağıq”.

Suriya böhranında isə Türkiyənin dərdinin neft deyil, suriyalıların dincliyinin necə təmin olunacağını vurğulayan Ərdoğan terror təşkilatı PKK ilə Suriya qolu YPG ünsürlərindən “Kürd” deyə bəhs etməyin kürdlərə hörmətsizlik olduğunu da dilə gətirdi.

“Biz PKK ilə mübarizənin DEAŞ ilə olduğu kimi qətiyyətli və birgə aparılmasının vacib olduğu fikrindəyik” deyən Ərdoğan “hazırda terror təşkilatları arasında ayrı-seçkilik qoyanların gələcəkdəki fəlakətlərin təməllərini qoyduqları” barədə xəbərdarlıq da edib.



Әlaqәli Xәbәrlәr