Çavuşoğlu Türkiyə və Liviyanın imzaladığı razılaşmaya münasibət bildirdi

Türkiyə və Liviyanın imzaladıqları “Aralıq Dənizində əməkdaşlıq” razılaşması beynəlxalq hüquq normlarına zidd deyil. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

1321803
Çavuşoğlu Türkiyə və Liviyanın imzaladığı razılaşmaya münasibət bildirdi

Çavuşoğlu, Türkiyədə səfərdə olan Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Naziri Gordan Grlic Radman ilə görüşüb.

Çavuşoğlu danışıqlardan sonra təşkil edilən mətbuat konfransında Şərqi Aralıq dənizidə cərəyan edən proseslərə dair Xorvat həmkarına məlumat verdiyini bildirib. Türkiyənin Kiprin ətrafındakı zənginliklər mövzusunda bərabərlik əsasında əldə ediləsi razılaşmaya dəstək verəcəyini, Avropa İttifaqının Yunan və Rumların səhv addımlarına dəstək vermək yerinə ortaq həll tapmaq üçün öhdəliklərinə əməl etməsini gözlədiklərini xatırlatdığını qeyd edib.

Yunanıstanın Liviya ilə imzaladığı sazişə də münasibət bildirən Çavuşoğlu: “Biz razılaşma və yeni dəniz ərazisinin təyin olunmuş sərhədləriylə birlikdə BMT-yə qeydiyyatıyla cavabı veririk. Yunanıstanın istifadə etdiyi arqumentlərin əsassız olduğunu onsuz da dəfələrlə səsləndirdik. İki suveren ölkə olaraq imzaladığımız razılaşma beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilir. Türkiyə Avropa ittifaqı ilə də əlaqələri inkişaf etdirmək istəyir. Lakin bunun təktərəfli reallaşması qeyri mümkündür. Tərəflər arasında miqrasiya, Gömrük İttifaqı sazişinin yenilənməsi, terrorizmə qarşı mübarizə və viza rejiminin ləğvi kimi məsələlərin olduğu gözdən yayındırılmamalıdır. Avropa ittifaqı miqrasiya mövzusunda Türkiyəyə verdiyi öhdəliklərə əməl etməlidir”-deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr