Türkiyə ilə Liviya arasında imzalanan anlaşma memorandumu qüvvəyə mindi

Liviyada beynəlxalq miqyasda tanınan Milli Barışıq Hökuməti Türkiyə ilə imzalanan anlaşma memorandumlarının qüvvəyə mindiyini açıqladı.

1319756
Türkiyə ilə Liviya arasında imzalanan anlaşma memorandumu qüvvəyə mindi

Liviyada beynəlxalq miqyasda tanınan Milli Barışıq Hökuməti Türkiyə ilə imzalanan anlaşma memorandumlarının qüvvəyə mindiyini açıqladı.

Ədalət Nazirliyi qaynaqlarından əldə edilən məlumata görə, Milli Barışıq Hökuməti Sədrlik Şurasının Türkiyə ilə imzalanan “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi” ilə əlaqədar qərarında aidiyyəti qurumlardan razılaşmanın təsdiqləndiyi tarixdən etibarən qüvvəyə mindirilməsi istənib.

Qərarda ayrıca, ölkədə qəbul olunan qərarların ayrı deyil, tək bir cilddə yayımlandığına və qərarın gələn ilin əvvəlində Rəsmi qəzetdə dərc olunacağına diqqət çəkilib.

Qeyd edək ki, Milli Barışıq Hökumət Şurası dekabrın 5-də “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi”ni  təsdiqləmişdi.

Türkiyə ilə Liviyadakı Milli Barışıq Hökuməti arasında 27 noyabrda “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi” imzalanmışdı.



Әlaqәli Xәbәrlәr