Ərdoğan: "DEAŞ-ın Əfqanıstandan təmizlənməsi üçün Türkiyə əlindən gələni yerinə yetirəcəkdir

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ-ın Əfqanıstandan təmizlənməsi üçün Türkiyənin əlindən gələn dəstəyi göstərəcəyini söyləyib.

1320289
Ərdoğan: "DEAŞ-ın Əfqanıstandan təmizlənməsi üçün Türkiyə əlindən gələni yerinə yetirəcəkdir

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ-ın Əfqanıstandan təmizlənməsi üçün Türkiyənin əlindən gələn dəstəyi göstərəcəyini söyləyib.

Ərdoğan İstanbuldakı Dolmabağça ofissində keçirilən Asiyanın Ürəyi İstanbul Prosesi Nazirlər Konfransına qatılıb.

Ərdoğan konfransda etdiyi çıxışda deyib ki, Əfqanıstan həssas bir dövrdən keçir. Beynəlxalq ictimaiyyət olaraq Əfqanıstana 18 ildir göstərdiyimiz maddi və mənəvi dəstəyimizi artırmalıyıq. Beynalxalq ictimaiyyət Əfqanıstana istiqamətli vədlərinə sadiq qaldıqda, əfqan hökumətinin məsuliyyətlərini yerinə yətirməsi də əhəmiyyətlidir. Əfqan hökumətinin bununla bağlı atdığı müsbət addımları məmnuniyyətlə qarşılayırıq.

Cənubi Asiyada baş verənlərə də toxunan Ərdoğan “Cənubi Asiya bölgəsinin və yaxın ətrafının qarşı-qarşıya olduğu problemlərin öhdəsindən gələ bilməsi üçün regional əməkdaşlıq və həmrəylik şərtdir” deyə bildirib.

“Türkiyə olaraq qurulduğu gündən bəridir İstanbul Prosesinə yiyə durduq və dururuq” deyən Ərdoğan “Asiyanın ürəyi İstanbul prosesi”nin sülhə regional töhfə verməsi barədə də çox sərfəli və fəal iş gördüyünə inanıram” ifadəsini işlədib.

Ərdoğan terror təşkilatı DEAŞ ilə mübarizə məsələsinə də toxunaraq “Bu təşkilatın Əfqanıstandan təmizlənməsi üçün əlimizdən gələni yerinə yetirməyə davam edəcəyik” deyib.



Әlaqәli Xәbәrlәr