Hulusi Akar: "Liviya ilə imzalanan razılaşmalar digər ölkələrə qarşı təhdid deyildir"

Milli müdafiə naziri Hulusi Akar Liviya ilə imzalanan razılaşmaların digər ölkələrə qarşı təhdid olmadığını bildirib.

1319745

Nazir Akar paytaxt Ankarada Quru Qoşunlar Hərəkat Mərkəzində olub.

Akar burada verdiyi açıqlamada Liviya ilə imzalanan “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi”nə toxunaraq deyib:

“Bu razılaşmalar digər ölkələrə qarşı təhdid, digər ölkələrin haqqını, hüququnu pozan sənəd deyildir. Razılaşmaların əsaslarını yerinə yetirməkdə davam edirik. Amerikalı müttəfiqlərimizin, rus dostlarımızın da məsuliyyətlərini yerinə yetirmələrini gözləyirik. NATO İttifaqına təhdidləri ciddi qəbul edirik, eyni şəkildə Alyansın da bizə qarşı məsuliyyətlərini yerinə yetirməsini gözləyirik”.

Әlaqәli Xәbәrlәr