Türkiyə 2019 Nobel Ədəbiyyat Mükafatının ona verilməsini qınadı

Nazirliyin Twitter hesabından verilən məlumatda bunlar qeyd edilir...

1319428
Türkiyə 2019 Nobel Ədəbiyyat Mükafatının ona verilməsini qınadı

 

  Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 2019 Nobel Ədəbiyyat Mükafatının Peter Handkeyə verilməsini qınadı.

  Nazirliyin Twitter hesabından verilən məlumatda bunlar qeyd edilir:

  "2019 Nobel Ədəbiyyat Mükafatının Bosniya soyqırımının canısı, günahsız boşnak qardaşlarımızın qatili Miloseviçin ən böyük dəstəkçisi və soyqırımın inkarçısı Peter Handkeyə verilməsini ən sərt şəkildə qınayırıq. Vicdan sahibi hər insanı dərindən yaralayacaq, Nobel mükafatlarını bir daha mübahisəli hala gətirəcək bu tarixi səhvdən dərhal geri dönülməsini gözləyirik."



Әlaqәli Xәbәrlәr