“Türkiyə ilə dialoqumuzu gücləndirərək davam etdirməliyik”, E.Makron

Avropa İttifaqına üzv üç ölkənin lideri qarşıdakı aylarda prezident Rəcəb Tayyib Ərdoğan ilə növbəti dəfə görüş keçirəcəklər.

1317844
“Türkiyə ilə dialoqumuzu gücləndirərək davam etdirməliyik”, E.Makron

 

Fransa prezidenti Emmanuel Makron bu barədə açıqlama verib. O bildirib ki, 2020-ci ilin ilk aylarında Almaniya kansleri Angela Merkel, Böyük Britaniya Baş naziri Boris Johnson, Türkiyə prezidenti Ərdoğanın iştirakı ilə dördlü yığıncaq keçiriləcək.

Londonda baş tutan NATO sammitindən sonra verdiyi açıpqlmada Əl Qaidə və DEAŞ-ın düşməni olduqlarını ifadə edən Makron: “Türkiyənin təhlükəsizliyi və terrorun əvəzini ağır ödəməsinə duyduğum hörmət və müttəfiqlik əlaqəmiz çərçivəsində terror təşkilatı DEAŞ-ın yenidən canlanmamasının qarşısını alabilmək üçün Suriyanın şimal-şərqindəki mövzud vəziyyət ilə əlaqədar dialoq gücləndirilməlidir. Suriya, Liviya və digər mövzularda Türkiyə ilə dialoqu davam etdirmək qərarına gəldik. 2020-ci ilin ilk aylarında Türkiyədə keçirməyi planladığımız dörttərəfli yığıncaqda bütün bu mövzular daha bir dəfə müzakirə ediləcək”, - deyə Makron vurğulayıb.



Әlaqәli Xәbәrlәr