Prezident Ərdoğan Londona səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üzrə Böyük Britaniyanın paytaxtı Londona səfər edib

1316946
Prezident Ərdoğan Londona səfər etdi

 Prezident Ərdoğan London Stansted hava limanında İngiltərə Kraliçası 2-ci Elizabethin Region üzrə nümayəndəsinin müavini Lord Vincent Thompson, Xarici İşlər Nazirliyinin nümayəndəsi David Pearey, Türkiyənin London səfiri Ümid Yalçın və Səfirlik personalı tərəfindən qarşılanıb.

Prezident Ərdoğanı Londona səfəri zamanı həyat yoldaşı Əminə Xanım Ərdoğan, Xarici işlər naziri Mevlüt Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, xəzinə və maliyyə naziri Berat Albayrak, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik, AK Partiya İzmir Millət vəkili Binali Yıldırım, Prezident administrasiyası yanında komikasiya idarəsinin rəhbəri Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edir.

Mәlumata görә, Әrdoğan otelinin  qarşısında Türkiyә vәtәndaşları tәrәfindәn  böyük coşğu ilә qarşılanıb.

Rәcәb Tayyib Әrdoğan jurnalistin ‘‘Zirvә görüşündәn әvvәl Suriya ilә bağlı keçirilәcәk toplantıda bir araya gәlәcәksiniz. Görüşdә hansı mәsәlәlәr müzakirә edilәcәk’’ sualını cavablandıraraq bildirib ki, bu axşam keçirilәcәk görüşdә Suriya mövzusu müzakirә olunacaq.

Әrdoğan bildirib ki, İngiltәrә, Fransa vә Almaniyanın iştirakı ilә keçirilәcәk dördtәrәfli görüşdә daha çox Suriya mövzusuna diqqәt yetirilәcәk. Görüşdә Suriyadakı son vәziyyәt müzakirә olunacaq.

 

 



Әlaqәli Xәbәrlәr