Prezident Rəcəb Tayyib Ərdoğandan Makrona sərt reaksiya

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun beyin ölümünün reallaşdırdığını söyləyən Fransa prezidenti Emmanuel Makrona reaksiya göstərərək “Əvvəl sən öz beyin ölümünə baxdır” deyib.

1314951
Prezident Rəcəb Tayyib Ərdoğandan Makrona sərt reaksiya

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun beyin ölümünün reallaşdırdığını söyləyən Fransa prezidenti Emmanuel Makrona reaksiya göstərərək “Əvvəl sən öz beyin ölümünə baxdır” deyib.

Ərdoğan İstanbulda Mərmərə Universitətində təməlqoyma tədbirində çıxış edib.

Çıxışında heç risk almayan, hər zaman qazanmağı vərdiş etmiş ölkələrin Türkiyənin öz haqqını, hüququnu, suverenliyini qoruma cəhdlərinə dözə bilmədiyini bildirən Ərdoğan Fransa prezidenti Makronun terror təşkilatı YPG/PKK-ya qarşı Suriyanın şimalında “Sülh çeşməsi” hərəkatı həyata keçirən Türkiyənin NATO müttəfiqlərindən həmrəylik gözləməməsinin vacibliyinə dair sözlərinə reaksiya göstərdi:

“NATO-da da söyləyəcəyim, əvvəl sən öz beyin ölümünə baxdır. Çünki Makronun ifadələri ancaq onun kimi olanların beyin ölümü reallaşmış olanlara yaraşır. Sən bir dəfə də NATO-ya qarşı məsuliyyətlərini yerinə yetir. NATO-ya ödəmən lazım gələn vəsaiti belə nizamlı şəkildə vermirsən. Türkiyəni NATO-dan çıxarmaq-çıxarmamaq… Bu sənin həddinmi? Belə bir şeyin qərarını sənin vermə səlahiyyətin varmı?”.  

“Fransa bizdən soruşur ki, sizin Suriyada nə işiniz var? Bizim Suriya ilə bağlı müqavilələrimiz, 911 km uzunluğunda sərhədimiz var. Bəs, Fransanın Suriyada nə işi var? Koalisiya qüvvələrindən bəhs edirsənsə, biz artıq oradayıq. Bunları Fransa prezidenti Emmanuel Makrona dəfələrlə demişəm. İstədiyiniz qədər atılıb-düşün. İstədiyiniz qədər əvələyib-gəvələyin. Əvvəl-axır Türkiyənin suverenlik haqlarına, təhlükəsizlik siyasətinə hörmət edəcəksiniz. Bunlar Türkiyə olmazsa, dünyanın dörd bir yanından terrorçuların Avropaya yığışacağından xəbərsizdirlərmi? Burada təkrarlamaq istəyirəm. Türkiyə Suriyadan torpaqlarımıza yönələn təhdidlər tamamilə bitənə, son terrorçu məhv edilənə qədər əməliyyatını davam etdirəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb. 



Әlaqәli Xәbәrlәr