Türkiyə -Liviya arasında yeni razılaşmalar imzalandı

Liviya Milli Hökumətinin prezident Şurasının sədri Fayez Al Sarrajı Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyıb Ərdoğanın qəbulunda olub.

1313957
Türkiyə -Liviya arasında yeni  razılaşmalar imzalandı

İstanbul Dolmabaxça ofisində baş tutan görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma Memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə iki ölkə dəniz sahəsində bir-birlərinin iqtisadi zonalarını tanıyacaqlar.

Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.



Әlaqәli Xәbәrlәr