"Bu təşkilat təkcə Türkiyə deyil, olduğu hər ölkədə böyük təhdiddir”, M.Şentop

Cibutidə keçirilən 42 Afrika Parlamentlərarası Birliyin Konfransında çıxışı zamanı M.Şentop deyib...

1314206
"Bu təşkilat təkcə Türkiyə deyil, olduğu hər ölkədə böyük təhdiddir”, M.Şentop

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyənin millətin və bölgənin təhlükəsizliyi üçün lazım bildiyi hər addımı tərəddüdsüz atacağını söylədi.

  Cibutidə keçirilən 42 Afrika Parlamentlərarası Birliyin Konfransında çıxışı zamanı M.Şentop deyib:

  “Suriyanın şimalında bölücü terror təşkilatı YPQ/PKK və DAEŞ-ə qarşı icra edilən “Sülh çeşməsi” hərəkatı məqsədinə çatana qədər sürəcək.

  Amerika Birləşmiş Ştatları və Rusiya bölgədən terror ünsürlərinin çəkilməsinə dair verdikləri sözləri, təəhhüdləri tam olaraq yerinə yetirmir. Belə olan halda Türkiyə öz sərhədində etibarlı bölgə yaradana qədər orada əsgəri varlığını saxlayacaq.

  ABŞ Türkiyənin aldığı S-400 mərmi raket kompleksi ilə bağlı "istifadə edilməsin" xəbərdarlığı edir. Türkiyə sağa-sola baxmadan, millətinin və bölgənin təhlükəsizliyi üçün lazım bildiyi hər addımı tərəddüdsüz atacaq.

  Afrika parlamentlərinə də səslənirəm: "Terrorla ortaq mübarizə aparmalıyıq."

  Sözdə təhsil, səhiyyə və başqa qeri-hökumət təşkilatı adı altında bəzi Afrika ölkələrində Fətullahçılar (FETÖ) hələ də fəaliyyət göstərir. Amma bu təşkilat təkcə Türkiyə deyil, olduğu hər ölkədə böyük təhdiddir.”



Әlaqәli Xәbәrlәr