Kipr ilə bağlı üçtərəfli danışıqlar Almaniyanın paytaxtı Berlində keçirildi

BMT Baş katibi Antonio Quterres, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı və Kipr Rum lideri Nikos Anastasiades arasından 2.5 il fasilədən sonra baş tutan danışıq 2 saat davam etdi.

1312513
Kipr ilə bağlı üçtərəfli danışıqlar Almaniyanın paytaxtı Berlində keçirildi

BMT-nin danışıqlardan sonra yaydığı açıqlamada, iki liderin problemə hərtərəfli və daimi həll yolu tapılması mövzusunda həmfikir olduğuna diqqət çəkildi. Quterresin iki lider ilə yanaşı zəmanətçi ölkələrin və BMT-nin iştirakı ilə 5 tərəfli qeyri-rəsmi yığıncaq ehtimalını qiymətləndirəcəyi bildirildi.

Üçtərəfli görüşü problemin həll yolunda atılan müsbət bir addım olaraq xarekterizə edən ŞKTC Prezidenti Mustafa Akıncı, bunun nəticələnməsi üçün həmrəylik çərçivəsində birgə fəaliyyətlərin davam etməsinin vacibliyini bildirib. Akıncıya görə beştərəfli konfrans 20120-ci ildə keçiriləcək.



Әlaqәli Xәbәrlәr