"Heç kəs Türkiyənin bu coğrafiyadakı mövcudluğundan narahat olmamalıdır", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə Türkiyə-Qətər Birləşmiş Müştərək Hərbi Qüvvələr Komandanlığı Tarıq bin Ziyad qərargahını ziyarət edib.

1312314
"Heç kəs Türkiyənin bu coğrafiyadakı mövcudluğundan narahat olmamalıdır", R.T. Ərdoğan

Heç kəs Türkiyənin bu coğrafiyadakı mövcudluğundan narahat olmamalıdır.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə Türkiyə-Qətər Birləşmiş Müştərək Hərbi Qüvvə Komandanlığını ziyarəti zamanı deyib.

Prezident Ərdoğan ölkə sərhədləri daxilində və xaricində Türkiyənin davamlılığı, millətin təhlükəsizliyi, dost və qardaş ölkələrin dincliyi üçün fədakarcasına vəzifə öhdələnən bütün təhlükəsizlik qüvvələrimizə uğurlar diləyib.

Qətər ilə hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahəsindəki birgə layihələrin ikili münasibətlərin əsasını təşkil etdiyinə diqqət çəkən Ərdoğan deyib:

“Qətərin təhlükəsizliyini ölkəmizin təhlükəsizliyindən ayrı tutmuruq. Əlimizdəki imkanlarla əməkdaşlığımızı gücləndirmək üçün səylərimiz davam edir. 2017-ci ildə baş verən böhrandan sonra hərbçilərimiz Qətərdə vəzifələrini davam etdirirlər. Türkiyə tarixin heç bir dövründə dostlarını təhdidlər və təhlükələr qarşısında yalnız buraxmayıb və buraxmayacaq. Türkiyə olaraq güclü əlaqələrimizin olduğu Körfəz bölgəsinin sülh, təhlükəsizlik və sabitliyinə böyük əhəmiyyət veririk. Bu bölgənin dincliyinin bütün Orta Şərqin sabitliyi baxımından açar rol oynadığına inanırıq”.

Prezident Rəcəb Tayyib Ərdoğan Qətərdəki görüşlərini başa vururaq vətənə qayıdıb.



Әlaqәli Xәbәrlәr