"Bu baza təkcə Qətər deyil, bütün Körfəz bölgəsinin barışına xidmət edir", R.T.Ərdoğan

Qətərə bir günlük rəsmi səfərə gedən R.T.Ərdoğan paytaxt Dohada Türkiyə - Qətər Birləşmiş Müştərək Hərbi Qüvvə Komandanlığına baş çəkib. Burada türk əsgərlərlə bir araya gələn Ərdoğan bunları söyləyib...

1312274
"Bu baza təkcə Qətər deyil, bütün Körfəz bölgəsinin barışına xidmət edir", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə - Qətər Birləşmiş Müştərək Hərbi Qüvvə Komandanlığının təkcə Qətər deyil, bütün Körfəz bölgəsinin sabitliyi və barışına xidmət etdiyini söylədi.

  Qətərə bir günlük rəsmi səfərə gedən R.T.Ərdoğan paytaxt Dohada Türkiyə - Qətər Birləşmiş Müştərək Hərbi Qüvvə Komandanlığına baş çəkib. Burada türk əsgərlərlə bir araya gələn Ərdoğan bunları söyləyib:

  "Türkiyə - Qətər Birləşmiş Müştərək Hərbi Qüvvə Komandanlığı səmimiyyətin timsalıdır, başqa birliklər kimi mənfəət əsaslı, hegemonçu zehniyyət məhsulu deyil. Bu bazanın bağlanılmasını tələb edənlər Türkiyənin Qətərin qara günün dostu olduğunu dərk edə bilməyənlərdir. Biz dostlarımızı təhdidlər qarşısında tək buraxmadıq və buraxmarıq. Sizin buradakı varlığınız təkcə qardaş Qətər deyil, Körfəz bölgəsinin sülhünə xidmət etməkdir. Siz, Qətər başda olmaqla, gələcəkdə təqdirlə xatırlanacaq tarixi bir vəzifəni həyata keçirirsiniz. Türk əsgərinin xidmət etdiyi bu hərbi baza Xalid ibn Vəlid adıyla xatırlanacaq”.



Әlaqәli Xәbәrlәr