Suriyalılar artıq könüllü olaraq torpaqlarına qayıdır

Türkiyə Milli Müdafiə Nazirliyi ictimai media hesabından suriyalıların ölkələrinə dönməsiylə bağlı video paylaşıb.

1311489
Suriyalılar artıq könüllü olaraq torpaqlarına qayıdır

 

  Bölücü terror təşkilatı PKK/YPQ-nin ağır təzyiq və zülmündən qaçan suriyalılar artıq könüllü olaraq torpaqlarına qayıdır.

  Türkiyə Milli Müdafiə Nazirliyi ictimai media hesabından suriyalıların ölkələrinə dönməsiylə bağlı video paylaşıb. Videoda terror təşkilatının təzyiqindən qaçaraq “Fərat qalxanı” hərəkat bölgəsindəki Cerablusa sığınan suriyalıların rahat şəkildə evlərinə qayıtmağa başladıqları görüntüləri yer alır. Suriyalılar həm də terrorçuların onları zorla terrora məcbur etmələrindən danışır.

  Evlərinə döndükləri üçün özlərini xoşbəxt hiss etdiklərini diqqətə çatdıran suriyalılar onlara həmişə dəstək olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk əsgərlərinə təşəkkür ediblər.



Әlaqәli Xәbәrlәr