“Bir saatda ən çox fidanəkmə” dünya rekordu İndoneziyadan Türkiyəyə keçdi

Rayonlar arasında Çorum 3 min adamı ilə 303 min 150 ədəd fidan əkərək Türkiyəyə rekord qazandırdı.

1311462
“Bir saatda ən çox fidanəkmə” dünya rekordu İndoneziyadan Türkiyəyə keçdi
corum agac fidan rekor.jpg

 

  Türkiyə əkinçilik və meşə naziri Bəkir Pakdemirli Milli Ağaclandırma Günü çərçivəsində Çorumda əkilən 303 min 150 ağac şitil ilə qazanılan “Bir saatda ən çox fidanəkmə” üzrə dünya rekordunun qeydiyyat sənədini ölkə başçısı Rəcəb Tayyib Ərdoğana təqdim etdi.

  Türkiyə Prezident Aparatı tərəfindən Milli Ağaclandırma Günü olaraq elan edilən 11 noyabrda ölkənin 81 rayonunun 2023 yerində 11 milyon ağaç şitili təxminən 1 milyon adam tərəfindən 3 saatda torpağa əkildi.

  Rayonlar arasında Çorum 3 min adamı ilə 303 min 150 ədəd fidan əkərək Türkiyəyə rekord qazandırdı.  

  Beləliklə, 232 min 647 ədəd ağaç şitili ilə “Bir saatda ən çox fidanəkmə” dünya rekordu İndoneziyadan Türkiyəyə keçdi.

  Türkiyə əkinçilik və meşə naziri Bəkir Pakdemirli sözügedən mövzu ilə əlaqədar Çorumun dünya rekordu əldə etməsinə dair qeydiyyat sənədini ölkə başçısı Rəcəb Tayyib Ərdoğana təqdim etdi.



Әlaqәli Xәbәrlәr