Fәxrәddin Altun ABŞ-ın İordan çayının qәrb sahili ilә bağlı açıqlamasına münasibәt bildirib
Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Amerika Birlәşmiş Ştatlarının yәhudilәrin inşa etdiyi qeyri-qanuni yaşayış mәntәqәlәri ilә bağlı qәrarına reaksiya göstәrib.
Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Amerika Birlәşmiş Ştatlarının yәhudilәrin inşa etdiyi qeyri-qanuni yaşayış mәntәqәlәri ilә bağlı qәrarına reaksiya göstәrib.
Şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Fәxrәddin Altun deyib: ‘‘Türkiyә iki dövlәtli hәll prosesini dәstәklәyir vә hәr zaman fәlәstinlilәrin yanında olduğunu vurğulayır. Beynәlxalq hüquq normalarını pozan vә әdalәtli hәll yoluna maneә törәdәn hәr növ addıma qarşıyıq. İsrail fәlәstinlilәri öz torpaqlarından çıxararaq beynәlxalq hüquq normalarını kobud şәkildә pozur. Fәlәstin torpaqlarının işğalı әsla qanunilәşdirilә bilmәz’’.
Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo yәhudilәrin işğal altındakı iordan çayının qәrb sahilindә inşa etdiyi yaşayış mәntәqәlәrini artıq qeyri-qanuni hesab etmәdiklәrini açıqlamışdı.
Donald Tramp rәhbәrliyi olaraq İordan çayının qәrb sahilindә yerlәşәn qeyri-qanuni yaşayış mәntәqәlәri ilә bağlı Barak Obama dövründәki siyasәti dәyişdirәcәklәrini bildirәn Mayk Pompeo bildirib ki, Amerika Birlәşmiş Ştatlarının İordan çayının qәrb sahilindәki proseslәrlә bağlı uzun illәr boyu tutduğu mövqeyi sülhün tәmin olunmasına töhfә vermәdi.
Mayk Pompeo Amerika Birlәşmiş Ştatlarının 39-cu prezidenti Cimmi Karter administrasiyasının 1978-ci ildə İsrailin mülki yaşayış mәntәqәlәri ilә bağlı təşəbbüslərinin beynəlxalq hüquqa zidd olmadığını, ancaq ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan rәhbәrliyinin buna qarşı olduğunu xatırladıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.