Çavuşoğlunun Sassoliyə cavabı

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin (AP) sədri David Sassolinin noyabrın 20-də keçirdikləri görüşdən sonra verdiyi açıqlamaya sosial şəbəkə vasitəsilə cavab verdi. (YENİLƏNİB)

1309811
Çavuşoğlunun Sassoliyə cavabı

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin (AP) sədri David Sassolinin noyabrın 20-də keçirdikləri görüşdən sonra verdiyi açıqlamaya sosial şəbəkə vasitəsilə cavab verdi.

Nazir Çavuşoğlu “Avropa Parlamenti sədrinin üzümə qarşı dilə gətirə bilmədiyi mövzuları həqiqətmiş kimi söyləməsi Avropa İttifaqının (Aİ) qeyri-səmimi və riyakar mövqeyinin yeni bir nümunəsidir. Avropa xalqlarını təmsil edən birinin Aİ qurumunda keçirilən görüşün məzmununu təhrif edərək açıqlaması məni məyus etdi” ifadəsini işlədib.

Qeyd edək ki, Sassoli açıqlamasında Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən “Sülh çeşməsi” hərəkatı və Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərilə əlaqədar tənqidlərini dilə gətirərək, bunları Çavuşoğluna söylədiyini iddia etmişdi.

Digər tərəfdən Çavuşoğlu Brüsseldə NATO xarici işlər nazirləri yığıncağından sonra verdiyi açıqlamada Sassoli ilə keçirdiyi görüşə toxunub.

Sassoli ilə Suriya, köç, terrorla mübarizə kimi mövzuları müzakirə etdiklərini vurğulayan Çavuşoğlu deyib:

“PKK-lılar və digər terrorçular, FETÖ daxil AP-yə istədikləri kimi girib-çıxırlar. Bununla bağlı düşüncələrimizi də Sassoliyə çatdırdıq”.  

ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə hansı mövzuların müzakirə edildiyinə dair sual qarşısında isə Çavuşoğlu bildirib ki, Türkiyə ilə ABŞ arasında bəzi mövzularda nəzər ziddiyyəti davam edir, ancaq diplomatiya və dialoq kanallarının açıq olması əhəmiyyət daşıyır. İki ölkə arasındakı nəzər ziddiyyətlərindən biri S-400 hava müdafiə sistəmləridir. Bu barədə Türkiyənin mövqeşi ABŞ tərəf-müqabillərinə çox açıq şəkildə çatdırıldı. Həmin mövzuda noyabrın 29-da Ankarada yığıncaq keçiriləcək və qarşıdakı prosesdə bu görüşlər davam edəcək. Daha əvvəl S-400 mövzusunda birgə fəaliyyətlər aparılması istəndi. Çünki bu mövzuda ABŞ-ın iddiaları ilə bizim mövqeyimiz arasında fərq var. Bu təklif bir daha dilə gətirildi.

Terror təşkilatı PKK/YPG-nin Suriyadakı pozuntularını da Pompeo ilə müzakirə etdiyini vurğulayan Çavuşoğlu bu çərçivədə Türkiyə ilə ABŞ arasında qəbul edilən razılaşmanın əhəmiyyətli olduğunu bildirərək, ancaq razılaşmanın əsaslarının yerinə yətirilməsinin vacibliyini qeyd edib.

Çavuşoğlu görüşdə həmkarına terror təşkilatının qara təbliğatı qarşısında düzgün məlumatları da Türkiyədən almasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr