"PUA-larla 1144 terrorçu zərərsizləşdirildi", S.Soylu

Suriyanın Rasulayn qəsəbəsində terror təşkilatı PKK/YPG tərəfindən silah emalatxanasına çevrilən binada çox sayda silah-sursat ələ keçirildi.

1309530
"PUA-larla 1144 terrorçu zərərsizləşdirildi", S.Soylu

Suriyanın Rasulayn qəsəbəsində terror təşkilatı PKK/YPG tərəfindən silah emalatxanasına çevrilən binada çox sayda silah-sursat ələ keçirildi.

Terrordan təmizlənən Rasulaynda axtarış-yoxlama işləri davam edir.

Axtarış-yoxlama fəaliyyətlərində terrorçulara məxsus çox sayda silah-sursat ələ keçirilib.

Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada “Fəaliyyətlərini Rasulaynda davam etdirən komandalarımız PKK/YPG terror təşkilatı tərəfindən silah fabrikinə çevrilən birmərtəbəli binada cəmi 683 raket səkisi və 93 əl istehsalı partlayıcı maddə ələ keçirdilər" deyə bildirilib.

Digər tərəfdən daxili işlər naziri Süleyman Soylu terrorla mübarizə mövzusunda açıqlamalar verib.

Süleyman Soylu pilotsuz uçuş aparatlarının (PUA) qurudakı térror ünsürlərini aşkarlanması ilə bu il 363, cəmi 1144 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Soylu 2016-2019 illərində ölkə daxilindəki əməliyyatlarda isə, cəmi min 58 DEAŞ üzvünün zərərsizləşdirildiyini qeyd edib.

Nazir Soylu bu ilin 10 ayında 289 terrorçunun qane edilərək təslim olduqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr