Türkiyə ABŞ-ın İsrailin məskunlaşma fəaliyyətlərilə bağlı qərarına reaksiya göstərdi

Türkiyə ABŞ-ın qeyri-qanuni Yəhudi yaşayış məntəqələrilə bağlı qərarının İsrailin qanunsuz hərəkətlərinə haqq qazandırmaq istiqamətindəki laqeyd və hüquq tanımayan mövqeyinin yeni nümunəsi olduğunu bildirdi.

1309094

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, İsrail işğalı altındakı Qüds və Qolan təpələrinə istiqamətli qeyri-qanuni hərəkətlərilə bütün beynəlxalq ictimaiyyətin qarşısına çıxan ABŞ Rəhbərliyinin bu dəfə İordan çayının qərb sahilindəki qanunsuz məskunlaşma yerlərinin hüquqa zidd olmadığına dair iddiası İsrailin qeyri-qanuni hərəkətlərinə haqq qazandırmaq istiqamətindəki laqeyd və hüquq tanımayan mövqeyinin yeni nümunəsidir.  

Açıqlamada ABŞ dövlət katibi Mayk Pompeonun bədbəxt ifadəsi beynəlxalq hüquqa, xüsusən Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2334 (2016) saylı qətnaməsinin açıq şəkildə əsassız olduğunu ortaya qoyduğu bildirilib.

Açıqlamada ayrıca, Türkiyənin beynəlxalq ictimaiyyətin məsuliyyət sahibi bütün üzvlərilə Fələstin dövlətinin müstəqilliyini və qardaş Fələstin xalqının qanuni haqlarını müdafiə etməyə davam edəcəyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr