İstanbul Havalımanı Çin və Cənubi Koreya ilə müqavilələr imzaladı

“İstanbul Grand Airport”dan (İGA) verilən məlumata görə...

1307910
İstanbul Havalımanı Çin və Cənubi Koreya ilə müqavilələr imzaladı

 

  İstanbul Havalımanı Çin Xalq Respublikası və Cənubi Koreyanın beynəlxalq havalimanlarıyla müqavilələr imzaladı.

  “İstanbul Grand Airport”dan (İGA) verilən məlumata görə, İstanbul Havalımanı hər il milyonlarla yolçunun səyahət etdiyi Çin Xalq Respublikasından “Şanghay Pudong” və “Şanghay Hongqiao”, Cənubi Koreyadan isə “İncheon” beynəlxalq havalımanları idarə heyətləri ilə razılığa gəlib.

  İstanbul Havalımanı sözügedən müqavilələrlə yanaşı Pekin Beynəlxalq Havalımanı və yaxın zamanda xidmətə açılacaq “Pekin Daxing” beynəlxalq havalımanı ilə "Qardaş havalımanları" razılaşmasını imzalayıb.

  Türkiyə Cənubi Koreya və Çin Xalq Respublikası ilə havaçılıqla bağlı informasiya körpüsünün qurulması məqsədiylə də müqavilələrə imza atıb.

  Qeyd edək ki, Türkiyə və Cənubi Koreya arasında həftədə 14 uçuş vardır. Çin və Türkiyə arasında isə uçuşların sayı İstanbul Havalımanı tam xidmətə girdikdən sonra 27-dən 36-ya çıxıb. 2020-ci ildə Türkiyə və Çin arasında hədəf səfər sayını 48-ə yüksəltməkdir.

  2020-ci ilin yayında İstanbul Havalımanına uçuş təşkil edən Çin hava yolu şirkətlərinin sayı 5-ə qalxacaq.



Әlaqәli Xәbәrlәr