Xarici İşlər Nazirliyindən Boliviyaya səyahət xəbərdarlığı

Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarını Boliviyaya səyahət mövzusunda xəbərdarlıq edib.

1304548
Xarici İşlər Nazirliyindən Boliviyaya səyahət xəbərdarlığı

20 Oktyabrda Boliviyada keçirilən prezident seçkilərindən sonra ölkənin bəzi bölgələrində zorakılığa səbəb olan kütləvi hərəkətlərə görə Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarını bu ölkəyə səyahət mövzusunda xəbərdarlıq edib. Türkiyənin Xarici işlər Nazirliyi mövzu ilə bağlı bəyanat yayıb.

Boliviyada prezident seçkilərindən sonra ölkədə gərginlik yarandığı və bu çərçivədə başda paytaxt La Paz olmaqla Potosi, Sucre, Santa Cruz de la Sierra, Cochabamba, El Alto, Oruro və Tariha şəhərində etiraz aksiyaları keçirildiyi xatırladılan açıqlamada: “Boliviyada yaşayan, ticari və ya  turizm məqsədi ilə bu ölkədə səfərdə olan vətəndaşlarımız qalmaqalın hökm sürdüyü yerlərə getməkdə imtina etsinlər. Cərəyan edən hadisələri yerli mediadan izləyib, zərurət olması halında ölkəmizin La Pazdakı səfirliyi ilə əlaqə yaratsınlar”



Әlaqәli Xәbәrlәr