Türkiyədən Almaniyaya terrorçuların deportasiyasına başlandı

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Christofer Burger, paytaxt Berlində təşkil edilən mətbuat konfransında Türkiyənin həftənin sonuna dək 10 Almaniyalının deportasiya edilməsinə dair qərarına münasibət bildirib.

1304603
Türkiyədən Almaniyaya terrorçuların deportasiyasına başlandı

 

  Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqer (Christofer Burger) paytaxt Berlində təşkil edilən mətbuat konfransında Türkiyənin həftənin sonunadək 10 almaniyalının deportasiya edilməsinə dair qərarına münasibət bildirərək deyib:

  “Türkiyənin Almaniyaya deportasiya edəcəyi 10 nəfərdən 3-ü kişi, 5-i qadın, 2-si isə uşaqdır. Bu adamların kimlikləri Almaniyanın xaricdəki nümayəndəliklərində təsbit edilib. Həqiqətən onların hamısı Almaniya vətəndaşıdır, ancaq terror təşkilatı DAEŞ-in üzvü olub-olmadıqlarına dair məlumat vermək istəmirəm. Bu da bəllidir ki, deportasiya ediləcək iki qadın bir müddət Suriyada qalıb”.

  Qeyd edək ki, Almaniya mətbuatında çıxan xəbərlərdə də DAEŞ-lə əlaqəsi olan ən az 7 adamın Türkiyədən Almaniyaya deportasiya ediləcəyinə diqqət çəkilib.

  Türkiyənin daxili işlər nazirinin müavini və nazirliyin sözçüsü İsmail Cataklı xarici terrorçuların ölkələrinə göndərilməsinə noyabrın 11-dən başlanıldığını bildirib.



Әlaqәli Xәbәrlәr